Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni sedan Ford Fusion

Avropalılar yankilərə həsəd apara bilərlər. Onların “Mondeo” adı ilə Avropaya gedəcək ortaölçülü 4-qapılı “Fusion”-a sahib olsalar da, bir neçə tüninq olunmuş variantları da peyda oldu. Avtomobilləri SEMA şousunda təqdim edəcəklər.

Tüninq-karların sərgisində təqdim olunacaq avtomobillər həqiqətən möhtəşəm olacaqlar. “Ford”-un təqdimat üçün hazırlanmış 57 avtomobili “Full-Race Motorsports Fusion SE”-də itməli deyil. Avtomobil bütün emosiyaları özündə saxlayır. O kandarlar və disklərin nazik milləri arasından görünən “Brembo” əyləc mexanizmləri ilə seriyalı avtomobilə nisbətən daha çox üstünlüyə malikdir. Tutqun boz rəngin altında sanki ehtiras qaynayır. “Borg Warner” turbo kompressoru və idman qaz buraxma sistemi 400 a.g. və 474 Nm verir. Salonun dəri ilə işlənməsi və avtomobilin müxtəlif parametrlərinə, o cümlədən simsiz internet qoşulmasına nəzarət edən təkmilləşdirilmiş multimedia sistemi son ştrix oldu.

Sedan “DSO Eyewear Fusion Titanium” 21-düymlük “Niche Road” disklərinə malikdir ki, onlara “Pirelli P Zero Nero” şinləri keçirilib. Avtomobilin texniki yenilikləri sportkar “Full-Race Motorsports”-dan bir qədər azdır. Lakin bəzi məqamlar var, məsələn hidrogen metanol buraxan “Banks Power” sistemi. Bu sistemi buraxılış kollektorunu soyudur və at gücünü çoxaldır.

AUTO.AZ



teqlər:
Ford, Ford Fusion, SEMA 2013 25.10.2013

Şərhlər


AD