Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW G-Power: bizdə bayramdır

Tünerlər “turbinlərdə sıxıcı kompressora yer yoxdur” söz birləşməsindəki hansı sözdən sonra vergül qoyurlar? “BMW”-ə ustalıqla mexaniki sıxıcı kompressor yerləşdirməklə onu “cin atına mindirən” G-Power şirkəti, həm də M5/M6, o cümlədən 550i, 650i və 750i modellərini təkmilləşdirdi.

Yuxarıda qeyd olunan “bimmerlərdə” – 4.4-litrlik həcmi olan V8 mühərriki müxtəlif dərəcələrdə qüvvətləndirilib. Avtomobillərdə artıq iki turbo kompressor var, bu da o deməkdir ki, heç bir kompressordan söhbət gedə bilməzdi və tünerlərin işini müəyyən qədər asanlaşdırdı.

Turbinlər, idman qazburaxması və proqram daxil olan dəst özünü 100% doğruldub. İndi isə “M”-lərin “çərəzindən” danışaq. Kupe və sedan 560 a.g.-ə malikdir.

Sevimli avtomobili “həkimlərin” öhdəsinə buraxdıqda bilmək lazımdır ki, nəticədə bir sıra proqram təkrarlanması olacaq. İlk mərhələdə 625 a.g.-nün və fırlanma anının 680-dan 777 Nm-ə qədər artırılması gözlənilir.

Ortaq variasiyalar çoxdur: 645 a.g. və 810 Nm, 680 g.g. və 890 Nm və 710 a.g. və 890 Nm. Seçim etməmək də olar və bir dəfəlik 740 a.g. və 910 Nm olan mühərrik sifariş etmək olar.

“Beşlik”, “altılıq” və “yeddilik” daha çox sadə və mehribandır. Onlar cəmi 450 a.g. verir, lakin bu dəyişə bilər. Yüngül tamamlamadan sonra “bimmerlər” 490 a.g. və 685 Nm verir. V-şəkilli “səkkizliyin” gücü kiçik addımlarla artır, amma Nyuton-metrlər sanki zəncirdən qırılır: 510 a.g. və 720 Nm, 540 a.g. və 790 Nm və nəhayət 560 a.g. və 810 Nm.

AUTO.AZ



teqlər:
BMW, BMW M6, G-Power 24.10.2013

Şərhlər


AD