Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai Genesis tam ötürücü alacaq

“Hyundai” şirkəti bu il yeni “Genesis” sedanını təqdim etməyə hazırlaşır. Düzdür, təqdimat hələlik daxili bazarda olacaq – lakin tam ötürücü opsiyalardan biri olacaq. Bu cür “Hyundai Genesis”-lərin digər bazarlara nə vaxt çıxacağı barədə hələlik məlumat yoxdur.

“Genesis” üçün hazırlanmış tam ötürücü sistem “HTRAC” adı alıb. İstehsalçı abbreviaturanı “Hyundai Traction” kimi izah edir və bildirir ki, sistem ən yüksək etibarlılıq təmin etməyə qadirdir.

Elektronikanın köməkliyi ilə “HTRAC” sistemi yol şəraitindən və sürücünün sürmə tərzindən asılı olaraq fırlanma anını oxlar arasında bölüşə bilir. İstehsalçı hələlik texniki göstəricilər barədə məlumat vermir. Koreyalı mühəndislər “HTRAC”-i təkcə Nyurburqrinqdəki “şimali dairədə” deyil, həm də koreyanın Formula-1 trası olan “Yonam”-da və qış şəraitinə uyğun olan şimali Avropada da sınaqdan keçiriblər.

“Hyundai”-da hesab edirlər ki, “Genesis”-dəki tam ötürücü onun premium-bazardakı mövqeyini möhkəmlədəcək. Cənubi Koreyada yeni sedanın satışına bu il başlanacaq.

İkinci nəsil “Hyundai Genesis”-in prototipi şirkət tərəfindən bu il Detroyt avtosalonunda “HCD-14” adı altında nümayiş etdirilib. O 5-litrlik V8 mühərriki və 8-pilləli sürət qutusu ilə təchiz edilmişdi.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Genesis, Genesis Coupe 18.10.2013

Şərhlər


AD