Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai yenilənmiş Sonata təqdim etdi

“Hyundai” şirkəti Şimali Amerika bazarı üçün 2014-cü ildə sedan “Sonata”-nı yeniləyib. Cənubi Koreya mühəndislərinin sözlərinə görə avtomobil 50-dən çox yeni və ya təkmilləşdirilmiş sistem, o cümlədən bəzi vizual dəyişikliklər alıb.

Bu modelin bir neçə variantlarının işlənməsi və komplektasiyaları daha zəngin olub və bu da alıcıları sevindirəcək bir haldır.ABŞ-da “Hyundai Sonata 2014”-ün qiymətləri 21350 dollardan başlayacaq, ən zəngin modifikasiyanın qiyməti isə 28650 dollar olacaq.

Orta ölçülü sedan yeni dizaynlı radiator barmaqlığı, 17 və ya 18 düymlük fərqli tökmə disklər, yenidən işlənmiş arxa bamper, işıqdiodlu arxa fənərlər və opsional ksenon qabaq işıqlar alıb. “SE” və “Limited” modifikasiyalı avtomobillərin salonlarında dəri sükan, 8-düymlük sensor displeyi olan üçüncü nəsil naviqasiya sistemi, audiosistemi və radionu idarəetmə blokunun yeni rəng bəzəyi, arxa görünüş kamerası, görünüşü dəyişilmiş cihazlar lövhəsi, o cümlədən “SE” variantında karbon işləmələr və “Limited” variantında ventilyasiya olunan oturacaqlar peyda olub. Sözsüz ki, bu yeniliklər “GLS” mərhələsinin başlanğıcında opsiya olacaq.

“Hyundai Sonata” yeni amortizatorları olan optimallaşdırılmış asma və təkmilləşdirilmiş səs və vibrasiya izolyasiyası, o cümlədən sürücüyə yardım edən yeni elektron sistem (bu sistemə şinlərdəki hava həcminə nəzarət və sükanın və asmanın idarə olunması daxildir) alıb. 2.0T mühərrikli “SE” yüksək dövrlərdə elə də kobud səsi olmayan qaz buraxma sisteminə malikdir.

Güc aqreqatları dəyişilməyib – 190 a.g. olan 4-silindrli 2.4-litrlik atmosferli və 274 a.g. olan 2.0-litrlik turbo mühərrik. Hər iki mühərrik “Shifttronic” funksiyası olan 6-pilləli avtomat sürət qutusu ilə birgə işləyir. Mühərriklərin hər ikisi 100 km məsafəyə orta hesabla 8 litr yanacaq sərf edir. Yenilənmiş “Hyundai Sonata”-nın Avropada nə vaxt satılacağı hələlik məlum deyil.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Sonata 12.10.2013

Şərhlər


AD