Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Cadillac yeni Escalade təqdim etdi

“General Motors” konserni demək olar ki, tamamilə dördüncü nəsil “Cadillac Escalade”-in sirrini açdı. Yolsuzluq avtomobili yeni “üz quruluşu”, böyük ekranlı multimediya sistemi və uzadılmış ənənəvi “ESV” modifikasiyası alıb. Yeniliyin istehsalı gələn il başlayacaq.

Yeni “Cadillac Escalade”-in eksteryeri yolsuzluq avtomobili üçün tamamilə yad olan stilistikada hazırlanıb. Bu stilistikada markanın dizaynerləri “Elmiraj” daxil olmaqla bütöv konsept sırası təqdim ediblər.

Yolsuzluq avtomobilinin ölçüləri bir qədər böyüyüb – məsələn, indi onun uzunluğu 5180 mm-dir (əvvəl 5144 mm idi). Lakin istehsalçının bildirdiyinə görə daha çox salon böyüdülüb: məsələn, qabaq sərnişinlərin ayaqları üçün indi 101 mm yer boşdur.

“Escalade” həm də uzadılmış “ESV” modifikasiyası alacaq. Bu cür yolsuzluq avtomobili 355 mm-lik təkər bazası alıb, ümumi uzunluğun artırılması isə 355 mm-ə qədər oldu.

Rəsmi məlumatlara görə, bu cür “Escalade” təkcə 3-cü sıra sərnişinləri üçün daha çox boş yer deyil, həm də baqaj hissəsinin 60% artımını təmin edir. “Cadillac Escalade” üç oturacaq sırası ilə təchiz edilib və bəyan edilir ki, onun üçüncü sırasında 3 nəfər otura biləcək.

Beləliklə, yolsuzluq avtomobili rəsmi olaraq 8-yerli oldu. İstehsalçı yenilik qismində həm də 8-düymlük monitoru olan “CUE” multimediya sisteminin olduğunu bildirir. O ilk dəfədir ki, “Escalade”-in standart komplektasiyasına daxil edilir.

Yeni yolsuzluq avtomobilinin yüksək texnologiyaları siyahısına diodlu optika, sıraya nəzarət sistemi, kiçik sürətdə avtomatik tormozlama və bu yaxınlarda “GM” mühəndisləri tərəfindən hazırlanmış təhlükəsizlik yastıqları daxildir.

Bu yastıq qəza zamanı sürücü ilə qabaq sərnişin bir birinə dəyməkdən qoruyur.

AUTO.AZ



teqlər:
General Motors, Cadillac, Cadillac Escalade 09.10.2013

Şərhlər


AD