Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

SRT “Vayperin” buraxılışını azaldacaq

“SRT” markasına sahib olan “Chrysler” şirkəti superkar “Viper”-in buraxılışının üçdə bir hissəsini azaltmaq niyyətindədir. Gündə doqquz avtomobil əvəzinə şirkət altı avtomobil yığacaq. Həcmin belə kəskin azaldılmasına kupeyə olan ehtiyacın aşağı düşməsidir. Bu barədə “Automotive News” nəşriyyatı xəbər verir.

Bu gün “Viper” bir neçə ölkədə satılır, onun əsas bazarı isə ABŞ-dır. Fevral ayından satışa çıxdıqdan sonra ABŞ-da 426 ədəd “Viper” satılıb. Buna baxmayaraq dilerlərin qarajlarında satılmamış 565 ədəd avtomobil var.

“SRT”-nin rəhbəri Ralf Jilin sözlərinə görə 2013-cü il ərzində istehsalçı 2000 superkar üçün sifariş alıb. Jil onu da əlavə edib ki, noyabr ayında “SRT” nümayəndələri diler mərkəzlərinə gedərək potensial alıcılar üçün test-drayv təşkil edəcəklər.

Bu gün avtosalonlar müştərilərin sürücülük bacarıqlarına bələd olmadıqları üçün test-drayvlar təşkil etmirlər. Sınaqlarda diler mərkəzlərinin deyil, istehsalçının gətirdiyi avtomobillər olacaq.

ABŞ-da “SRT Viper”-in qiyməti 102 485 dollardır. Kupe 649 a.g. və 812 Nm fırlanma anı verən 8.4-litrlik 10-silindrli V-şəkilli benzin mühərriklə təchiz edilir.

Mühərrik 6-pilləli mexaniki “Tremec TR6060” sürət qutusu ilə birgə işləyir.

AUTO.AZ



teqlər:
Dodge, Dodge Viper, Chrysler 07.10.2013

Şərhlər


AD