Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

IND atelyesindən BMW M3 Signal Green

Parlaq-yaşıl “Signal Green” rəngində olan idman kupesi “BMW M3” amerikan entuziastı Ceyson tərəfindən onun şəxsi qarajında yığılıb.

Layihədə məsləhətçi və bütün lazımi detalların tədarükçüsü məşhur “IND” şirkəti olub. Tənzimləmədə avtomobil aerodinamik asmada yeni komponentlər, yüngülləşdirilmiş disklər, idman asılqanı və sürətləndirilmiş güc aqreqatı alıb.

“BMW M3 (E92)”-nin banının aerodinamikasını optimallaşdırmağa karbondan olan qabaq splitter və mühərrik hissəsində böyük palçıq əleyhinə qanadlar kömək edib.

Xaricdə də arxa görünüş yan güzgülərinin karbon korpusları, buksir üçün nəzərdə tutulmuş halqa, baqaj üzərində ensiz spoyler və “IND” atelyesinin dəbli aksessuarları peyda olub. Bana uyğun olaraq salon qara dəri ilə işlənib və karbon əlavələrlə bəzədilib.

Asmanın “KW ClubSport” koyloverləri, “Brembo” əyləcləri və çoxmilli “Volk Racing” disklərinə keçirilmiş “Dunlop Direzza” şinləri sayəsində idarəetməni yeni mərhələyə qaldırmaq mümkün olub.

“ESS VT2” paketinə daxil olan mexaniki yükləyici 4.0-litrlik 8-silindrli mühərrikin gücünü artırmış və sportkarın sürət xarakteristikasını yaxşılaşdırmışdır.

AUTO.AZ



teqlər:
BMW, BMW 3-Series, M3, IND 02.10.2013

Şərhlər


AD