Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Mercedes C-Class: artıq yaz fəslində

“Mercedes-Benz” şirkəti yeni “C-Class”-ı son sınaqlardan keçirir. Bu dəfə paparassilər avtomobilin universal banda şəklini çəkə biliblər. O kameranın obyektivinə şirkətin Zindelfinqendəki qərargahında yaxalanıb.

Bu barədə “Worldcarfans” xəbər verir.Şəkildə göründüyü kimi “Mercedes-Benz C-Class”-ın xarici görünüşü ciddi dəyişikliklərə məruz qalacaq. Xüsusilə də, avtomobil yeni radiator barmaqlığı və daha böyük sedan “E-Class” üslubunda fərqli fənərlər alacaq.

Maraqlıdır ki, bununla yanaşı alman nəşriyyatı “Auto Bild” jurnalın üz hissəsində yeniliyin daha bir şəklini yerləşdirib. Lakin çətin ki, bu rəsmi şəkillər olsun, çox güman ki, bu rəssamın sözügedən mövzuya dair xəyallarıdır. Buna baxmayaraq çox güman ki, yeni “Mercedes-Benz C-Class” məhz belə görünəcək.

Texniki dəyişikliklərə gəldikdə isə demək olar ki, yenilik 130 a.g.-dən 333 a.g.-ə qədər olan mühərriklər alacaq. Baza qismində 1.6-litrlik dizel mühərriki (130 a.g.) çıxış edəcək, onun ardınca isə hər üç güc variantları üçün (170, 204 və 231 a.g.) əlverişli olan 2.2-litrlik dizel mühərriki olacaq.

Benzin mühərriklər 4-silindrli 1.6-litrlik (156 a.g.) və 2.0-litrlik (184, 211 və 252 a.g.), ən güclüsü isə 333 a.g. verən 3.0-litrlik “altılıq” olacaq. Yeni “Mercedes-Benz C-Class”-ın sedan banında olan variantının rəsmi təqdimatı 2014-cü ilin yazında Detroyt avtosalonunda, universal banında olan variantı isə 2014-cü ilin payızında Paris avtoşousunda keçiriləcək.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz C-Class 30.09.2013

Şərhlər


AD