Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

JMS Volkswagen Passat üçün paket hazırlayıb

“JMS” tüninq-atelyesi “Volkswagen Passat B7” sahibləri üçün satışdan sonra tamamlama üzrə yeni paket hazırlayıb. Alman tünerlərinin son təklifi avtomobilini heç olmasa bir qədər fərdiləşdirmək istəyən müştərilərə yönəlib. İlkin tüninq-paketə yeni təkər diskləri, asılqanı aşağı salmaq üçün detallar dəsti və qabaq bamperin spoyleri daxildir. Güc və dinamikanı artırmaq istəyənlər də müvafiq tənzimləmələr sifariş edə bilərlər.

279 avro ödəməklə opsional idman paketi “R-Line” ilə təchiz olunmuş avtomobillərdən başqa “VW Passat B7”-nin bütün modifikasiyalarının qabaq bamperlərini ortada splitteri olan aşağı dodaqla və yanlarda bir cüt düzbucaqlı çıxıntılarla bəzəmək olar. 235/35 ölçülü aşağı profilli şinlər keçirilmiş dəbli 19-düymlük “Barracuda Tzunamee” təkər diskləri avtomobil sahibinə 2199 avroya başa gələcək.

Avtomobilin idman duruşunu nizamlanan “KW Variant 3” koyloverləri formalaşdırır ki, onların sayəsində klirensi qabaqdan 55 mm, arxadan isə 45 mm azaltmaq mümkündür. Müştərinin fərdi sifarişinə əsasən “JMS” mütəxəssisləri mühərrikin çip-tüninqini edə bilərlər və sürətləndiricinin elektron pedalının işini optimallaşdıra bilərlər.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Passat, JMS 27.09.2013

Şərhlər


AD