Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Zender Italia-dan Abarth 500 Corsa Stradale

İtaliyanın az seriyalı eksklüziv sportkarlar istehsalçısı olan “Zender Italia” şirkəti kompakt hetçbek “Abarth 500”-ün əsasında “Corsa Stradale” adlı yeni konsept düzəltdi.

Seriyalı model onun dizaynına və texniki hissələrinə toxunan bir çox əlavələr alıb və nəticədə o güclü trek avtomobilinə çevrilib. Ondan həm də adi yollarda istifadə edilə bilər. Hazırda “hot-hetç” şou-kardır və onun seriyalı istehsalına yalnız potensial alıcıların maraqları qazanıldığında başlayacaq.

Miniatür şəhər avtomobili yeni aerodinamik asılqandan və məhz bu layihə üçün hazırlanmış ban panellərindən sonra daha çox idman görünüşü alıb. Kapot radiator barmaqlığı, yenidən işlənmiş qabaq bamper və qabaq qanadlarla birləşdirilib.

Daha sonra avtomobili böyük kandar əlavələri, enli təkər arkaları, üç qabırğalı diffuzoru olan görünüşü dəyişilmiş arxa bamper və üçüncü qapının şüşəsinin üstündə böyük spoylerlə təchiz ediblər.

Hər iki bamper və qanadlarda olan çoxsaylı ventilyasiya kəsikləri, diffuzorun mərkəzinə çıxarılmış qaz buraxma sisteminin cüt sonluqları, aşağı idman asması və “Pirelli P Zero Black 215/35” şinləri keçirilmiş 18-düymlük “Arcasting Excalibur” diskləri “Abarth 500 Corsa Stradale”-ın eksteryerinin təcavüzkarlığını vurğulayır.

Yüngül karbon bodi-kit kiçik aksessuarlarla tamamlanıb. Onların siyahısına diodlu hərəkət işıqları, yanacaq çəninin metal qapağı, dönmə siqnalının italyan bayrağı rəngində düzəldilmiş yan güzgülərdəki təkrarlayıcıları və “Zender Italia” atelyesinin lövhəcikləri daxildir. Hetçbekin interyerinə iki rəngli dəri çəkiblər. Ona yeni idman oturacaqlarında, sükanda, torpedanın yuxarı hissəsində, sürət qutusunun tutacağında, əyləcin tutacağında və qapı kartlarında rast gəlmək olar. Paslanmayan pedallar və qapı kandarlarının paslanmayan işıq buraxanları yeni üslubu tamamlayır.

Kiçik sportkar “Corsa Stradale”-ın əsas cizgisi təkmilləşdirilmiş 1.4-litrlik “T-Jet” turbo mühərriki oldu. Yeni porşnlər dəsti, fərqli raspredval, “RS-Evo” turbini, paslanmayan qaz buraxma sistemi, təkmilləşdirilmiş yanacaq sistemi və elektron idarəetmə blokunun yeni tənzimləməsini almaqla bu mühərrikin gücü 240 a.g. və 330 Nm-ə qədər artdı.

6-pilləli sürət qutusu ilə birgə işləməklə tüninq olunmuş avtomobil yerindən 96 km/saata çatmaq üçün 6.5 saniyə vaxt sərf edir və maksimal sürət 232 km/saatdır.

AUTO.AZ



teqlər:
Fiat, Fiat 500, Abarth, Zender Italia 27.09.2013

Şərhlər


AD