Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Amerikanlar alüminium superkar düzəldiblər

Amerikanın “Equus Automotive” şirkəti özünün ilk modelini – “Bass770” – təqdim  etdi. Kupenin xarici görünüşü birinci nəsil klassik “Ford Mustang” üslubunda hazırlanıb, mühərrik yerində isə əvvəlki nəsil “Chevrolet Corvette”-dən olan “LS9” ailəsinə məxsus mühərrik dayanıb.

Superkarın qabarit uzunluğu 4927 mm, eni 1934 mm, hündürlüyü isə 1390 mm-dir. Raması və banı alüminiumdan olan modelin çəkisi 1650 kq-a bərabərdir.

6.2-litrlik kompressorlu “səkkizlik” dəqiqədə 3800 dövr ilə 640 a.g. və 819 Nm fırlanma anı verir. Mühərrik iki muftası olan 6-pilləli sürət qutusu ilə bərabər işləyir. “Equus Bass770” yerindən 96 km/saata 3.4 saniyəyə sürətlənir. Maksimal sürət isə 320 km/saatdır.

Yenilik həmçinin uyğun asmalı amortizatorlar, qabaqda 6-porşnli, arxada isə 4-porşnli karbon-keramik əyləc mexanizmi “Brembo”, 19-düymlük təkər diskləri, kondisioner, naviqatoru olan multimedia sistemi və kruiz-nəzarət sistemi alıb.

Superkarın qiyməti 250.000 dollardan başlayır. “Equus” şirkəti “Bass770” üçün əlavə ödəniş edənə daha dolğun proqram təklif edir.

AUTO.AZ



Şərhlər


AD