Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Altı təkərli Mercedes — qiymət məlum oldu

“Mercedes-Benz” şirkəti altı təkərli “Geländewagen” G63 AMG 6x6-nın rəsmi qiymətini bildirdi. Bu avtomobili Almaniyada ƏDV daxil olmaqla 451 010 avroya almaq olar.

“Mercedes-Benz G 63 AMG 6x6” ildə 20-30 ədəd tirajla istehsal olunacaq. İlk avtomobillərin müştərilərə çatdırılması 2014-cü ilin əvvəllərinə planlaşdırılır. Altı təkərli yolsuzluq avtomobili yalnız sol tərəfli sükanla olacaq və ABŞ, Kanada və Meksikada satılmayacaq.

Digər ölkələrdə yeniliyin qiyməti 379 000 avro olacaq. Bu qiymətə almaniya vətəndaşlarının ödədikləri ƏDV daxil deyil. Maraqlıdır ki, Almaniyanın internet saytlarının birində artıq işlənmiş G 63 AMG 6x6 peyda olub və hətta yenidən baha – 476 952 avro.

Sifarişi saytda yerləşdirmiş dilerin bildirdiyinə görə yeniliyin odometri cəmi 58 km-dir və hətta avtomobil əlavə opsiyalarla təchiz edilib. Xatırladaq ki, üç oxlu “Mercedes-Benz Geländewagen” 650 kq qaldırma gücü olan iki kabinalı pikap “G-Class”-ın üç oxlu şassisi üzərində yığılıb.

Xüsusilə, bu avtomobillər 2011-ci ildən avstraliya ordusunda istifadə edilir. Yolsuzluq avtomobilinin uzunluğu 5878 mm, eni 2110 mm, 3850 kq-la təchiz edilmiş vəziyyətdə hündürlüyü 2280 mm, yer səthi ilə avtomobil arasında olan məsafə isə 460 mm-dir.

Ordu variantından fərqli olaraq altı təkərli “Geländewagen”-nin vətəndaş variantı 554 a.g. verən 5.5-litrlik biturbolaşdırılmış 8-silindrli mühərriklə təchiz edilir. Mühərrik 7-pilləli avtomat “AMG Speedshift Plus 7G-Tronic” sürət qutusu ilə birgə işləyir və avtomobili yerindən ilk “yüzlüyə” 6 saniyəyə çatdırır.

Yolsuzluq avtomobilinin maksimal sürəti elektron göstəricidə 160 km/saatda məhdudlaşdırılıb. Müasir göstəricilərə əsasən yanacaq sərfiyyatı qorxuncdur – 100 km məsafəyə 22 litr. Buna görə də avtomobil ümumi həcmi 160 litr olan iki yanacaq çəni ilə təchiz edilib.

Bundan əlavə, iki oxlu “G-Class”-ın 3 bloklanan differensialına ikisi də əlavə olundu: 3-cü oxların arasında və 2-ci və 3-cü oxların arasında. Oxlar arasında dartma gücü 30/40/30 nisbətində paylanır. Bütün blokları hərəkət edən zaman da qoşmaq mümkündür. “Mercedes-Benz G 63 AMG 6x6” 1 metr dərinliyi olan çaydan keçməyə qadirdir. Giriş bucaqları 52 və 54 dərəcədir.

AUTO.AZ



Şərhlər


AD