Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

AvtoVAZ yenilənmiş Lada Priora təqdim etdi

Rusiyanın avtomobil nəhəngi olan “AvtoVAZ” model sırasının flaqmanı sayılan “Lada Priora”-nın təqdimat zamanı barədə elan verdi. Yeniliyin təqdimatı sentyabrın 27-29-da Tolyattidəki “Motorexpo 2013” avtosalonunda baş tutacaq.

“Avtomobilin həm eksteryeri, həm də salonu dəyişilib. Qabaq və arxa bamperlər də yenilənib. Bu, avtomobilin görünüşünü müasirləşdirməkdən başqa, həm də onun təhlükəsizliyini artırıb.

Xarici görünüş rəng və formanın dizayner tərəfindən uyğunlaşdırılması sayəsində birləşir. “Lada Priora”-nın salonu tamamilə yenilənib: interyerin demək olar ki, bütün detalları – cihazlar panelindən tutmuş salonda işlənən materiallara qədər – dəyişib”, deyə istehsalçı bildirir.

Şirkət həm də universal və hetçbek banlarında yeni nəsil “Lada Kalina” təqdim edəcək. Bundan əlavə, Novosibirskdəki “AvtoSib” sərgisində təqdim edilmiş iki yanacaq növü ilə işləyən “Lada Granta CNG” də nümayiş etdiriləcək. Avtomobil çox gözəl düzəldilib və həm adi benzinlə, həm də təbii qazla (metanla) “qidalanır”.

Stenddə “AvtoVAZ”-ın daha bir yeniliyi – elektriklə işləyən “EL Lada” da dayanacaq. Kompozisiyanı “Lada” avtomobillərinin gələcək dizaynından xəbər verən “Lada Granta Sport” və konseptual krossover “Lada XRay” tamamlayacaq.

AUTO.AZ



teqlər:
Lada, Lada Priora 24.09.2013

Şərhlər


AD