Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Rolls-Royce Ghost Vorsteiner tüninqində

Məşhur “Vorsteiner” tüninq-atelyesi daha bir yeni icadını təqdim etdi – bu limuzin “Rolls-Royce Ghost” üçün tənzimləmə proqramıdır.

Möhtəşəm britaniya sedanı üçün karbon lifindən hazırlanmış aerodinamik ban asması hazırlayıblar ki, onun vəzifəsi avtomobilin aristokrat eksteryerinə idman üslubu və fərdilik əlavə etməkdir.

Müştərinin istəyinə uyğun olaraq, tamamlama “Vorsteiner”-in geniş çeşidli siyahısından olan aksessuarların fərdi şəkildə sifarişi ilə davam etdirilə bilər.

“Rolls-Royce Ghost”-un karbon bodi-kiti qabaq bamperin arxa hissəsinə bərkidilmiş və qabaq oxdakı sıxma gücünü artırmağa kömək edən splitterdən, avtomobilin altında hava axınını paylaşdıran yan ətəklərdən, arxa bamperdə dörd qabırğalı diffuzordan və baqajın ensiz spoylerindən ibarətdir.

Təsvirlərə əsasən, nümayiş olunan avtomobil həmçinin tündləşdirilmiş şüşələr və aşağı salınmış asılqan alıb.

Lakin buna baxmayaraq təkər diskləri qalıb ki, onları da müştərinin istəyinə uyğun olaraq “Vorsteiner” tüninq-atelyesinin öz istehsalı olan eksklüziv disklərlə əvəz etmək olar.

AUTO.AZ



teqlər:
Rolls-Royce, Rolls-Royce Ghost, Vorsteiner 23.09.2013

Şərhlər


AD