Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes SLS AMG konveyerdən çıxarılacaq

“Mercedes-Benz” şirkəti 2014-cü ilin ortalarında superkar “SLS AMG”-nin istehsalını dayandıracaq. “Mercedes-Benz Passion” nəşriyyatının verdiyi məlumata görə, Zindelfinqendəki zavodun konveyerində onun yerini “C190” zavod indeksi daşıyan digər sportkar alacaq.

Konveyerdən ilk olaraq baza kupesi və rodster çıxarılacaq. Bu 2014-cü ilin yanvar ayında baş verəcək. Sonra isə yürüş modifikasiyası olan “GT” və “Black Series” variantı satışa çıxarılacaqlar. Hər iki modifikasiya 2014-cü ilin iyun ayına qədər buraxılacaq.

Bir qədər əvvəl artıq “Mercedes-Benz”-in “SLS AMG”-dən imtina edəcəyi barədə şayiələr gəzirdi. Lakin sonra bu şayiələr təkzib olundu və şirkətdə bildirdilər ki, model konveyerdə hələ bir neçə il qalacaq və gələcəkdə onun varisi peyda olacaq.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz SLS AMG 23.09.2013

Şərhlər


AD