Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota Prado Modellista asmasında

İşıq üzü gördükdən dərhal sonra yenilənmiş “Toyota Prado” yapon avtomobil istehsalçısının “saray” tüneri sayılan “Modellista” şirkəti tərəfindən hazırlanmış idman aksessuarları paketi əldə etdi. “Land Cruiser Prado Modellista Edition” baza modelindən ilk növbədə idman asması ilə fərqlənir və onun üçün müvəffəqiyyətlə 2-rəngli yeni təkər diskləri seçilib.

Daha ciddi dəyişikliklər istəyənlərə “Modellista” atelyesi texniki hissələrin detallarının təkmilləşdirilməsini təklif edəcək. Yolsuzluq avtomobilinin yeni asmasına yenidən işlənmiş qabaq bamper, adi kandarları olan yan ətəklər və aşağı bamperin görünüşü dəyişilmiş aşağı hissə daxildir. Opsiya qismində qapı açılarkən avtomatik olaraq açılan və salona daxil olmanı asanlaşdıran yığıla bilən pilləkanlar sifariş etmək olar.

Yüngül lehimli çoxmilli disklər, “Yokohama” şinləri və səsboğucunun yan tərəfə çıxarılmaqla cütləşdirilmiş borucuqları cipin eksteryerini daha çox idmansayağı edir. Əlavə pul ödəməklə tam avtomobilə daha güclü səs verən yeni qaz buraxma sistemi və daxili diodlu işıqlandırma sifariş etmək olar.

AUTO.AZ



teqlər:
Toyota, Toyota Prado, Modellista 19.09.2013

Şərhlər


AD