Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Wald International-dan Audi A7 Sportback

Yapon tüninq şirkəti “Wald International”-ın arsenalında bu dəfə lüks sinfinə məxsus böyük hetçbek “Audi A7 Sportback”-ə ünvanlanmış satışdansonra tamamlanma üzrə yeni paket peyda olub.

Yapon dizaynerləri öz təcavüzkar üslublarına xas olan yeni aerodinamik ban asması (qiyməti 572 250 yen və ya 5800 dollardır) və avtomobilin xarici görünüşünü dəyişməyə və məhsuldarlığını yaxşılaşdırmağa imkan verən əlavə aksessuarlar dəsti hazırlayıblar.

Bodi-kit aşağı hissəsində splitteri olan yenidən işlənmiş qabaq bamperdən, diqqəti klirensin alçaq hündürlüyünə çəkən yan ətəklərdən, arxa bamperdə mürəkkəb tərkibli diffuzordan və baqaj qapağının kənarında yerləşdirilmiş spoylerdən ibarətdir.

Yuxarıda təqdim olunan qiymətə qaz buraxma sisteminin oval parlaq borucuqları da daxildir. Əlavə pul ödəməklə aşağı profilli şinləri olan ikirəngli çoxmilli disklər və eksteryeri fərdiləşdirən “qara” paket almaq olar.

Bu paketə kapotun, radiator barmaqlığının, “Audi” embleminin, eyni zamanda müştərinin istəyinə görə banın bütün hissəsinin qara mat plyonka ilə üzlənməsi, şüşələrin və arxa fənərlərin tündləşdirilməsi daxildir.

AUTO.AZ



teqlər:
Audi, Audi A7, Wald International 18.09.2013

Şərhlər


AD