Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus Mercedes G63 AMG 6x6-nı mükəmməlləşdirdi

“Brabus” şirkəti Frankfurtda az seriyalı “Mercedes-Benz G63 AMG 6x6” avtomobilinin bazasında yığılmış nadir üçoxlu pikap – “B63S” – təqdim  etmək istədiyini bildirib.

Alman yolsuzluq avtomobili ciddi kosmetik və texniki dəyişikliklərə məruz qalıb. Tünerlər onun eksteryerini yeniləyib, texniki hissəsini təkmilləşdiriblər. “Brabus B63S”-in baza modelindən əsas fərqi əlavə 156 at gücündən və təkmilləşdirilmiş sıçrayış dinamikasından ibarətdir.

Pikapın xarici hissəsində fərqli qabaq bamper, karbon lifindən hazırlanmış ventilyasiya olunan kapot, üzərində “Brabus” emblemi olan radiator barmaqlığı, karbondan olan təkər arkaları və yan tərəflərdə arxa görünüş güzgüləri korpusu, diodlu işıqlar, yeni lövhəciklər dəsti, tündləşdirilmiş şüşələr və fənərlər peyda olub.

Salonu yenidən dəri ilə işləmiş, oturacaqları, qapı hissələrini, döşəməni, torpedanı, sükanı və dirsəkaltılarını da dəri ilə örtmüşlər. Dama alkantara çəkilib və yeni metal pedallar quraşdırılıb.

Artıq yoxlamadan keçmiş üsulla tünerlər 5.5-litrlik biturbo V8 mühərrikinin gücünü 700 a.g. və 960 Nm-ə qədər artırıblar. Bu da ağır 6-təkərli yolsuzluq avtomobilinə 100 km/saata 7,4 saniyəyə sürətlənməyə imkan verir. Avtomobilin maksimal sürəti 160 km/saatdır.

AUTO.AZ



Şərhlər


AD