Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hennessey McLaren MP4-12C-ni tamamladı

Kütləvi informasiya vasitələrinin diqqətləri Frankfurtda keçirilən beynəlxalq avtosalonda olduğu bir vaxtda amerikan tüninq atelyesi “Hennessey Performance” superkar “McLaren MP4-12C”-nin satışdan sonra tənzimlənməsi üzrə proqramını təqdim etdi.

Tüninq-paket “HPE700”, avtomobilinin daha güclü olmasını və yerindən sıçrayış dinamikasını yaxşılaşdırmaq istəyən müştərilər üçün nəzərdə tutulub. Paketə həmçinin sportkarların “Hennessey” ailəsinə aid olduğunu bildirən bəzi dekorativ aksessuarlar da daxil edilib.

Baza modelində maksimal 625 at gücü və 599 nyuton metr fırlanma anı verən standart 3.8-litrlik biturbo V8 mühərrikinin faydalı iş əmsalını artırmaq üçün amerikalı mütəxəssislər paslanmayan qaz buraxma sistemi quraşdırdılar.

Turbo kompressorların təzyiqini artırdılar, soyutma sistemini təkmilləşdirdilər və elektron idarəetmə blokunu yenidən proqramlaşdırdılar.

Nəticədə mühərrik 700-dən bir qədər çox at gücü və 729 nyuton metr verməyə başladı və bu da superkara yerindən ilk yüzlüyə 2.8 saniyəyə çatmağa kömək etdi.

“McLaren MP4-12C” həmçinin daxildə və xaricdə “Hennessey Performance” lövhəcikləri və silindrlər blokunun yeni qapağını alıb.

AUTO.AZ



teqlər:
McLaren, McLaren MP4-12C, Hennessey 17.09.2013

Şərhlər


AD