Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bugatti unudulmaz Veyron təqdim etdi

Çoxsaylı xüsusi variantları olan hiperkar “Bugatti Veyron”-un siyahısına yeni ad daxil oldu: Frankfurtda şirkətin banisi olan Ettore Buqattinin böyük oğlu Jan Buqattinin şərəfinə “məhdudlaşdırılmış” avtomobil seriyası təqdim olundu. Bu avtomobildən cəmi üç ədəd buraxılacaq.

“Bugatti Veyron Grand Sport Vitesse Jean Bugatti” adlı hiperkarın xüsusi buraxılışı artıq “Buqatti əfsanəsi” sırasında 6-cı xüsusi variantdır ki, şirkətin tarixində mühüm rol oynayan şəxsiyyətə həsr olunur.

Birinci variant yürüşçü Jan-Pyer-Vimillə həsr olunmuşdu – o 30-cu illərdə “Bugatti”-nin sükanı arxasında “24 saat Le-Mana” yürüşündə iki dəfə qalib gəlmişdi. İkinci avtomobil isə Ettore Buqattinin böyük oğlu Janın şərəfinə buraxılmışdı, o nəinki layihəyə rəhbərlik etmişdi, həm də 1936-cı ildə cəmi 27 yaşı olanda şirkətin rəhbəri olmuşdu.

Janın ən məşhur və əfsanəvi yaradıcılığı zərif “Type 57SC Atlantic” hesab edilir. Onun gözəl kapotu altında 200-güclü kompressor “səkkizlik” dayanır və banı maqnezium və alüminiumdan ibarətdir.

1936-1938-ci illərdə cəmi 4 ədəd “Atlantika” buraxılıb ki, onlardan ikisi orijinal görünüşdə qalıb. Buraxılmış ilk qara rəngli “Type 57SC Atlantic”-i şəxsən Jan özü sürüb, lakin İkinci Dünya müharibəsinin qarışıqlığında avtomobil müəmmalı şəkildə yoxa çıxmışdır və itirilmiş sayılır.

Unudulmaz “Veyron Grand Sport Vitesse Jean Bugatti” də əcdadı kimi qara rəngdədir. Buna baxmayaraq banın işlənməsində ilk dəfə platindən istifadə edilib, Janın imzası isə yanacaq çəninin qapağında və mühərrikə yağ doldurma yerinin boğazında oyulub.

Qapı kandarlarında Janın imzanı və portreti olan əlavələri görmək olar, dəri salon isə “Atlantika”-da olduğu kimi bej-şokolad rəng qammasında işlənib. Qapılarda və oturacaqların söykənəcəyində əfsanəvi kupenin şəkli təsvir edilib.

“Veyron Grand Sport Vitesse Jean Bugatti”-nin texniki hissəsi dəyişilməz qalır. Dörd turbinli 8-litrlik W16 yenə də 120 a.g. və 1500 Nm verir, bu isə avtomobili 100 km/saata 2,6 saniyəyə sürətləndirir. Avropada onun qiyməti vergisiz 2.28 milyon avrodur.

AUTO.AZ



teqlər:
Bugatti, Bugatti Veyron 13.09.2013

Şərhlər


AD