Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Frankfurtda Hamann Mirror GC göstərildi

Frankfurt avtosalonunda alman tüninq-atelyesi “Hamann Motorsport”-un hazırladığı 4-qapılı sportkar təqdim olundu. 4-qapılı kupe “BMW M6 Gran Coupe”-ə əsaslanan eksklüziv avtomobil bir çox xüsusiyyətlərinə görə yarım il bundan əvvəl Cenevrədə debüt etmiş 2-qapılı kupe “M6 Mirror”-u xatırladır.

Tam miqyaslı tənzimləmə zamanı avtomobili təcavüzkar aerodinamik ban asılqanı, böyük ölçülü təkər diskləri, daha gözəl salon bəzəyi və texniki hissələri təkmilləşdirən yüksək məhsuldarlı detallarla təchiz ediblər.

Bütün detalları təcavüzkar olan bodi-kit lüks avtomobilin idman xarakterini vurğulayır. Böyük hava çıxıntıları və splitteri olan yeni qabaq bamper, ventilyasiya olunan yüngül karbon kapot və banı 40 mm enliləşdirən və “qəlsəmələri” olan mürəkkəb görünüşlü qabaq qanadlar banın qabaq hissəsini dəyişdirib.

Yenidən işlənmiş arxa bamper və baqaj qapağının davamı olan spoyler avtomobilin arxa hissəsini bəzəyib. Bununla yanaşı xarici görünüşdə yan ətəkləri, arxa qanadlarda təkər arkaların genişləndiricilərini, cütləşdirilmiş qara səs boğucu borucuqları və “Hamann” şirkətinin emblemlərini görmək olar.

Banın xrom işləmələri də avtomobilə eksklüzivlik əlavə edir, onlar layihənin adına (“Mirror” - güzgü) uyğundur. Avtomobil ilə yer səthi arasında olan məsafəni 25 mm yaxınlaşdıran qısaldılmış yaylar və 21-düymlük “Unique Forged Formula” döymə disklərinə “geyindirilmiş” aşağı profilli “Vredestein Ultrac Vorti R” şinləri 4-qapılı kupenin idman duruşunu təmin edir.

Qabaq disklər 265/30 ölçülü, arxa disklər isə 305/25 ölçülü şinlərə malikdir. “Hamann Mirror GC”-nin içində qara əlavələri olan bahalı ağ dəri, rezinlənmiş pedallar və üzərində alman tünerinin simvolu olan qara xalılar görmək olar.

“Hamann Motorsport” loqotipi ilə sükan və oturacaqların söykənəcəkləri də bəzədilib. Sonda “Hamann” atelyesi idman qaz buraxma sistemi də quraşdırıb ki, o 560-güclü 4,4-litrlik biturbolaşdırılmış mühərrikə daha effektli səs verir.

AUTO.AZ



teqlər:
BMW, BMW 6-series, M6, Hamann 12.09.2013

Şərhlər


AD