Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Saab 9-4X – premyerası artıq noyabr ayında

Saab-ın yeni krossoveri 9-4X olacaq. Saab markasının bugünkü sahibi (isveç avtomobil istehsalçısının bugünkü sahibi hollandiyanın Spyker firmasıdır) bu modelin istehsalı üçün lazım olan maddi dəstəyi tapa bildi. Saab-da ümid edildiyi kimi, 9-4X modeli, Saab üçün çoxdan əsas bazarlardan olan ABŞ-da markanın satışının artmasına səbəb olacaq.

Bəzi məlumatlara görə Saab 9-4X-in rəsmi premyerası Los-Ancelesdə avtosalon işə başlayan günü, 9 noyabrda olacaq. Ümumilikdə, seriyalı model, bir neçə il əvvəl göstərilmiş 9-4X BioPower konseptindən çox da seçilməyəcək.

Bu modelin əsasında, misal üçün Cadillac SRX-in (Saab 9-4X-in yığılmasına hələ Saab amerikan konserni General Motors-a məxsus olanda başlanılmışdı) yığıldığı GM-in Theta platforması olacaq. Özü də 9-4X-i də SRX-lə birlikdə buraxacaqlar. Həm də İsveçdə yox, hətta ABŞ-da da yox, Meksikadakı Ramos Arizle şəhərciyindəki zavodda istehsal edəcəklər.

Mənbə: auto.mail.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Saab, Saab 9-4x 19.08.2010

Şərhlər


AD