Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Citroen konsept Cactus-un sirrini açdı

2007-ci ildə “Citroen C-Cactus” konseptini təqdim edən Fransız avtomobil istehsalçısı, 2013-cü ildə Frankfurt avtosalonunda da eyni addan istifadə edəcək, lakin o bu dəfə “C” əlavəsini ləğv edib.

Şirkət nümayəndələrinin sözlərinə əsasən, “Citroen Cactus Concept”  tezliklə şirkətin “C” xəttindəki avtomobillərin necə görünəcəyindən xəbər verir. Buna inanmaq elə də asan deyil, belə ki, prototipin xarici görünüşü kifayət qədər futuristik və qeyri-adidir.

Konseptin dizaynının əsas xüsusiyyəti sadəlikdən, xətlərin rəvanlığından, qısa çıxıntılardan, qeyri-adi damdan, o cümlədən qapılarda və bamperlərdə “Airbump” adlı qeyri-adi elementlərdən ibarətdir.

Bu, bir sıra yüngül kapsullardan ibarət xüsusi yumşaq örtükdür ki, o avtomobili cızıqlardan və yüngül zərbələrdən qoruyur. “Citroen Cactus Concept”-in qabarit uzunluğu 4210 mm, eni 1750mm, hündürlüyü 1530 mm, yol səthi ilə arasındakı məsafə isə 210 mm-dir.

Salonda qabaq oturacaqların əvəzinə bütöv divan quraşdırılıb, avtomobilin müxtəlif funksiyalarının idarəedilməsi isə 8-düymlük sensor ekrana əlavə olunub. Citroen Cactus Concept-i “Hybrid Air” güc qurğusu hərəkətə gətirir, bu qurğuda elektrik mühərrikinin yerinə yüngül pompadan istifadə edilib. Şirkətdə bu avtomobillərin 2016-cı ildə satışa çıxacağına güman edirlər, lakin “kaktus” konsepti ruhunda C-sırasının ilk nümayəndələri 2014-cü ildə peyda olmalıdırlar.

AUTO.AZ



teqlər:
Citroen, Citroen C-Cactus 10.09.2013

Şərhlər


AD