Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Pfaff Tuning-dən Mercedes-Benz G63 AMG

“Pfaff Tuning” atelyesi “ADV.1 Wheels” təkərləri və “RennTech” şirkətinin müxtəlif dekorativ detallarını alan tüninq olunmuş yolsuzluq avtomobili “Mercedes-Benz G63 AMG” təqdim etdi.

Almaniyanın idman cipi daha dəbli və təcavüzkar görünür, onun məhsuldarlığı isə daha yüksək mərhələyə qalxıb. Kanadalı tüninq mütəxəssisləri avtomobilin kosmetik və texniki yeniliklərinin qiyməti barədə məlumat vermirlər.

“Mercedes G63 AMG”-nin əsas aksenti banın bir sıra əsas hissələri kimi qara rəngə boyanmış böyük çoxmili “ADV7.1” diskləri oldu. Boz rəngli ban ilə qara rəngdə olan radiator barmaqlığı, kandarlar, yan moldinqlər, qapı tutacaqları, qaz buraxma sisteminin borucuqları və ventilyasiya kəsiklərindəki əlavələr arasında bir qədər rəng ziddiyyəti hiss olunur.

Bundan başqa, tünerlər avtomobilin şüşələrini tündləşdirmiş və alman istehsalçısının bütün emblemlərini və lövhəciklərini qara rəngə boyamışlar. Yeganə ciddi təzadı əyləc sisteminin qırmızı supportları yaradır.

Təəssüf ki, bizdə seriyalı modeldə 544 a.g. verəcək 5.5-litrlik V8 tvin-turbo mühərriki barədə ətraflı məlumat yoxdur.

AUTO.AZ



Şərhlər


AD