Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yenilənmiş Renault Megane-ın sirri açıldı

Frankfurt avtosalonu yenilənmiş “Renault Megane” ailəsi üçün təqdimat yeri olacaq. 3- və 5-qapılı hetçbeklərni qabaq hissəsi yenidən hazırlanacaq və bu yalnız standart modifikasiyalara deyil, “yüklənmiş” RS variantlarına da aid ediləcək.

“Renault”-nun nümayəndələri bildirirlər ki, Megane-nın “üzünün dartılması” Renault-nun model sırasının təkmilləşdirilməsi üzrə strategiyasının yalnız bir hissəsidir.

Yenilənmiş hetçbekləri yeni bamperdən, fərqli qabaq optikadan, görünüşü dəyişilmiş radiator barmaqlığından və çox güman ki, yeni kapotdan tanımaq olacaq. Rəsmi məlumata əsasən, ailənin hər bir hetçbeki fərdi xüsusiyyətlərini qoruyub saxlayacaq. Məsələn, “Megane RS” təkmilləşdirilmiş aerodinamik detallarla yanaşı parlaq-qara fənərlərlə də təchiz ediləcək.

İstehsalçı çərşənbə axşamı Frankfurtda keçiriləcək təqdimata qədər daha ətraflı məlumat verəcəyini vəd edir. Buna baxmayaraq, artıq məlumdur ki, yenilənmiş ailənin üzvləri gələn ilin ilk kvartalında Avropa bazarlarına çıxacaq.

AUTO.AZ



teqlər:
Renault, Renault Megane 07.09.2013

Şərhlər


AD