Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes sedan CLA-i yürüş üçün hazırladı

Mercedes-Benz” şirkəti “Facebook” sosial şəbəkədəki səhifəsində sedan “CLA 45 AMG”-nin yürüş variantının təsvirlərini yayıb. Modelin rəsmi təqdimatı Frankfurtdakı avtosalonda keçiriləcək.

Yenilik şirkətin müxtəlif yürüşlərdə (dəqiqləşdirilmir) iştirak edən müştəriləri üçün hazırlanacaq. Sedanı böyük arxa palçıq qoruyucuları olan təcavüzkar ban asılqanı, yeni təkər diskləri, təhlükəsizlik karkası və təknə ilə təchiz ediblər. Sedanın yenidən işlənmiş texniki göstəricilər də alacağı istisna edilmir.

“CLA 45 AMG”-nin sadə variantı mart ayında keçirilmiş Nyu-York motorşousunda təqdim olunmuşdu. O 360 at güclü 2.0-litrlik 4-silindrli turbo mühərriklə təchiz edilir.

Mühərrik yalnız iki muftalı robotlaşdırılmış 7-pilləli sürət qutusu ilə birgə çalışır. Yerindən 100 km/saata “4-qapılı” 4.6 saniyəyə sürətlənir, onun maksimal sürəti isə 250 km/saatdır.

Yürüş variantı ilə yanaşı, Frankfurt avtosalonunda yeni vətəndaş modifikasiyalı “CLA – 250 Sport” da debüt edəcək. Yenilik indi satışda olan AMG-paketli variantdan qabaq və arxa bamperlərdə qırmızı dekorativ elementlər və eyni rəngə boyanmış əyləc supportları ilə fərqlənir.

“Mercedes-Benz CLA 250” variantı 211-güclü 2,0-litrlik benzin mühərriklə təchiz edilir.

AUTO.AZ



Şərhlər


AD