Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Land Rover yolsuzluq avtomobili Discovery-ni yenilədi

Land Rover” şirkəti Frankfurt avtosalonunda təqdim olunacaq “Discovery” yolsuzluq avtomobilinin restaylinq olunmuş variantı barədə məlumat verdi. “Discovery” yenilənmiş mühərrik qamması və bir qədər dəyişilmiş xarici görünüş alıb.

Yolsuzluq avtomobilinin eksteryerində əsas dəyişikliyə yenidən işlənmiş qabaq bamper və yeni radiator barmaqlığı daxildir. Bundan əlavə, indi “Land Rover Discovery” yeni qabaq optika və təkmilləşdirilmiş dizayna malik təkər diskləri ilə təchiz edilir. Yolsuzluq avtomobilinin kapotu “Land Rover” yazısından məhrum olub – indi onun yerinə firma şrifti ilə yazılmış “Discovery” olacaqdır.

Mənbələr bildirirlər ki, bu yenilik “Discovery”-ni ayrıca brend etmək niyyətinə işarə ola bilər. Gələcəkdə “Discovery” sözünün bütöv model ailəsi mənası verəcəyi istisna edilmir, buna “Freelander” də qoşula bilər. Yolsuzluq avtomobilinin 3,0-litrlik dizel mühərriki əvvəlki kimi 256 at gücü verir, lakin bu “Discovery” “start-stop” sistemi alacaq. Bu yenilik sayəsində mühərrik 100 km məsafəyə 8 litr yanacaq sərf edəcək (əvvəl 8.8 litr idi), СО2 tullantısı isə 1 km məsafədə 231 q olacaq.

Bundan başqa restaylinq prosesində yolsuzluq avtomobilini 375 a.g. verən ənənəvi 5-litrlik V8-dən məhrum edəcəklər. “Autocar” nəşriyyatının məlumatına görə onun yerini 340 a.g. verən V6 tutacaq. “Land Rover”-də bəzi itkiləri daha çox qənaətçiliklə kompensasiya etmək niyyətindədirlər – indiki V8 rəsmi məlumatlara görə qarışıq vəziyyətdə 100 km məsafəyə 15 litr yanacaq sərf edir.

AUTO.AZ



teqlər:
Land Rover, Land Rover Discovery 04.09.2013

Şərhlər


AD