Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Alfa Romeo Giulietta modelini yenilədi

150 a.g. və 380 Nm fırlanma anı verən yeni 2,0-litrlik turbodizel əsas xəbər oldu. At güclərinə və nyutonmetrlərə laqeyd olanlar yeni multimedia sisteminə diqqət yetirməlidirlər.

2010-cu ildən buraxılan avtomobil elə əvvəllər də 2,0-litrlik turbodizel ilə (140 və 170 a.g. 2 variantda) təchiz edilirdi. Yeni 150-güclü mühərrik çox güman ki, özündən bir qədər zəif sələfini əvəz edəcək – lazım gəldikdə isə gələcəkdə daha güclü – 180-190 a.g. verən variant buraxılacaq. “Alfa Romeo”-nun nümayəndələri mühərrikdə əsas qüvvəni buraxılış sisteminə verirlər ki, o həm yanacaq sərfiyyatını aşağı salır, həm də mühərrikin səsini azaldır.

Sələfindən fərqli digər vacib məsələ isə yeni multimedia sistemi “Uconnect”-dir. O səs tanıyır və naviqasiya sisteminə ekrana 3D təsvir çıxarmağa imkan verir. Sistemin sensor ekranı 5 və ya 6.5-düym ola bilər. Digər dəyişikliklər sırasında banın yenilənmiş dizaynını və interyeri (təkər diskləri və sükan), o cümlədən banı boyamaq üçün üç yeni rəngi göstərmək olar.

AUTO.AZ



teqlər:
Alfa Romeo, Alfa Romeo Giulietta 03.09.2013

Şərhlər


AD