Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vorsteiner McLaren MP4-VX-i rəsmi olaraq təqdim etdi

“Vorsteiner” şirkəti superkar “McLaren MP4-12C”-nin satışdan sonra tənzimlənməsi üzrə öz proqramını təqdim etdi.

Tünerlər avtomobil üçün ona daha eksklüziv xarici görünüş verəcək yeni ban asması və böyük diametrli dəbli təkər diskləri düzəltdilər. Tüninq-paket ilk növbədə avtomobilin kosmetik tamamlanmasına yönəlib.

Onun texniki hissələrinin isə yenilənməyə ehtiyacı yoxdur. Biz “McLaren MP4-VX”-in banının qabaq hissəsində əyilmiş spoyleri olan və karbon lifindən hazırlanmış bir qədər dəyişilmiş bamper görürük.

İdman kupesinin kənarlarını  yan ətəklər və arxa qanadlarda karbon hava çıxıntıları bəzəyir. Arxa hissədə böyük diffuzoru olan yenidən işlənmiş bamper və standart hava əyləcinin karbon lifindən hazırlanmış spoyleri peyda olub.

Karbonla cizgilərlə yanaşı avtomobilin narıncı-sarı banında qara elementlər də təzad yaradır.

Superkarın fərdi üslubunu müxtəlif ölçülü təkər diskləri – qabaq oxda 20-düym, arxa oxda isə 21-düym – tamamlayır.

AUTO.AZ



teqlər:
McLaren, McLaren MP4-12C, Vorsteiner 30.08.2013

Şərhlər


AD