Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

MEC Design-ın təqdimatında Mercedes SLS AMG

Tüninq-atelye “MEC Design”-ın növbəti şah əsəri rodster “Mercedes-Benz SLS AMG” oldu. Artıq bu avtomobil üzərində iş təcrübəsinə malik olan alman tünerləri eksklüziv təkər diskləri və digər xarici aksesuarlarla çox gözəl uyğunlaşan və bir qədər az təcavüzkar olan aerodinamik asma hazırlayıblar.

“Mercedes SLS AMG Roadster”-in xarici görünüşünə bir qədər fərdilik əlavə etmək üçün onu karbon önlüyü və diodlu hərəkət işığı olan yenidən işlənmiş qabaq bamperlə, yan ətəklərlə, arxa bamperdə yüngül 4-qabırğalı “Black Series Style” diffuzoru və baqaj qapağında kiçik spoylerlə təchiz ediblər.

Xarici yeniliyi aşağı salınmış asılqan, arxa görünüş güzgüsünün karbon korpusu, dörd künclü qaz buraxma borucuqları və qabaqdan 20x10.5 düym, arxadan isə 21x11.5 düym ölçüləri olan “MEC Design mecxtreme3” diskləri tamamlayır.

Yeni disklərə qabaqdan 275/30, arxadan isə 295/25 ölçülərində yüksək məhsuldarlığa malik “Continental” şinləri keçirilib. Avtomobilin salonu və onun bəzi texniki göstəriciləri, xüsusilə də güc aqreqatı və asılqan da tüninqdən kənarda qalmayıb.

Sportkarın salonunu dəri və alkantaradan ilə işlənib, döşəmədə “MEC Design” loqotipli xalılar salınıb və dekor elementləri qismində karbon lifindən istifadə olunub.

AUTO.AZ



Şərhlər


AD