Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi A1 – həm də kabriolet olacaq

Audi rəhbərliyi A1 hetçbekini buraxmaqla kifayətlənmək istəmir. Daha öncə biz bildirmişdik ki, almanlar Q1 modeli düzəltmək istəyirlər. İndi isə Britaniya nəşriyyatı AutoExpress məlumat əldə edib ki, Audi, A1 bazasında yeni balaca kabriolet hazırlayır.

Bu avtomobil ilk növbədə bazarda Mini-nin açıq versiyası ilə rəqiblik edəcək, Fiat 500 bazasında olan kabrioletin alıcılarını da özünə cəlb edə bilər. Bütün rəqibləri kimi, yeni Audi A1 Cabriolet də elektrikötürücü ilə açılan parça dam əldə edəcək. Artıq Audi eyham vurur ki, bu “öz sinifində ən yaxşı dam” olacaq.

Kabrioletin mühərrik bölməsinə standart 1.2 və 1.4 litr həcmli, turboüfləyicili benzin mühərrikləri qoyulacaq. Möhtəşəm qənaətcilliyi ilə seçiləcək 1.6 litr həcmli dizel mühərriki də peydah olacaq.

Mənbə: auto.mail.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Audi, Audi A1 19.08.2010

Şərhlər


AD