Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Peugeot karbon 308 düzəldib

“Autoweek” nəşriyyatına konseptual hetçbek “Peugeot 308 R”-in şəkilləri daxil olub. Onun dünya üzrə təqdimatı sentyabr ayının əvvəllərində Frankfurt avtoşousunda keçiriləcəkdir.

Prototip avtomobilin enini 30 mm artıran təcavüzkar karbon ban asması alıb. Qapılar, kandarlar, bamperlər və kapot kömür plastikdən düzəldilib, dam və baqaj qapağı isə seriyalı hetçbek “Peugeot 308”-də olduğu kimi qalıb.

Bundan əlavə, avtomobil arxa spoyler, alüminiumdan olan 19-düymlük təkər diskləri və dizayna görə konsept “Peugeot Onyx”-u xatırladan banın arxa hissəsi üçün mat rəng əldə edib.

Hetçbekin yol səthi ilə məsafəsi 26 mm azaldılıb. Mühərrik hissədə kupe “RCZ R”-ə məxsus 1.6-litrlik benzin turbo mühərrik quraşdırılıb. Bu mühərrik 270 at gücü və 330 Nm fırlanma anı verir. O ikiqapılı avtomobilə ilk “yüzlüyü” 5.9 saniyəyə yığmağa kömək edir. “Peugeot 308 R”-in dinamik xüsusiyyətləri barədə məlumat hələlik yoxdur.

AUTO.AZ



teqlər:
Peugeot, Peugeot 308 27.08.2013

Şərhlər


AD