Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota yenilənmiş Prado təqdim etdi

İnternetdə “Toyota” şirkətinə məxsus yolsuzluq avtomobili “Land Cruiser Prado”-nun yenilənmiş variantının ilk şəkilləri peyda olub.

Restaylinq prosesində avtomobil nəinki müasir görünüş və yenilənmiş daxili bəzək alıb, həm də yeni güc qurğusu əldə edib. Yenilənmiş model qabaritlərinə görə öz sələfindən bir qədər böyük olacaq və onun standart komplektasiyasına daha müasir ləvazimatlar daxil ediləcək.

İlkin məlumatlara görə, 2014-cü model ilinin “Toyota Land Cruiser Prado”-u 45 mm uzun olacaq və banın uzunluğu 4805 mm-ə çatacaq, 10 mm enli olacaq (1905 mm) və 20 mm alçaq olmaqla hündürlüyü 1825 mm-ə çatacaq.

Xaricdə fərqli fənərlər, görünüşcə dəyişilmiş bamper və yeni radiator barmaqlığı peyda olub. Baza komplektasiyası sükan qızdırıcısı, “kor” sahələrdə monitorinq sistemi və arxa görünüş kamerası ilə tamamlanıb.

Avtomobilin cihaz lövhəsinə informasiya sisteminin rəngli displeyi daxil edilib, yenidən işlənmiş mərkəzi konsolda isə iqlim-nəzarəti sisteminin əvvəlki idarəetmə sistemini saxlamaqla yumru coystik əlavə edilib.

Yenilənmiş “Toyota Land Cruiser Prado”-nun güc qurğusu sırasına 190 a.g.-lü 3.0-litrlik dizel, 165-güclü 2.7-litrlik benzin və 282 a.g.-lü 4.0-litrlik mühərrik daxil ediləcək.

AUTO.AZ



teqlər:
Toyota, Toyota Prado 26.08.2013

Şərhlər


AD