Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus yenilənmiş GX barədə məlumat verdi

Lexus” şirkəti gələn ay Frankfurtda dünya üzrə debütü keçirildikdən sonra satışa çıxarılacaq yolsuzluq avtomobili “GX”-in sirrini tamamilə açdı.

Eksteryerin və interyerin dizaynının dəyişilməsi ilə yanaşı lüks cip həm də yeni ləvazimatların əlavə olunduğu daha zəngin baza komplektasiyası və daha qənaətcil güc aqreqatı alıb. Avtomobilin restaylinq olunmuş variantının ABŞ-dakı qiymətinin 49085 dollar olacağı gözlənilir.

2014-cü model ili olan “Lexus GX”-i məlum banı ilə dərhal tanımaq olar. O, fərqli qabaq bamper, görünüşcə dəyişilmiş radiator barmaqlığı, işıqdiodlu elementləri olan qabaq fənərlər, fərqli arxa işıqdiodlu fənərlər və yenilənmiş arxa bamper sayəsində daha yeni görünür. Bu üslubu yeni ban rəngləri və 18-düymlü disklər tamamlayır.

Daxili yenilik yenilənmiş bəzəklə və yeni nəsil informasiya-əyləncə sistemi ilə məhdudlaşır. Ştat komplektasiyasına 8-düymlük sensor displey və yeni premium-paket əlavə olunub ki, ona isitmə və ventilyasiya sistemli dəri oturacaqlar, 3-zonalı iqlim-nəzarət sistemi, parketmə göstəricisi və naviqasiya daxildir.

“Lexus GX” yolsuzluq avtomobili 4.6-litrlik mühərrik (301 a.g. və 445 Nm) və 6-pilləli avtomat sürət qutusu ilə təchiz ediləcək.

AUTO.AZ



teqlər:
Lexus, Lexus GX 26.08.2013

Şərhlər


AD