Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen ən güclü Golf R-in sirrini açdı

Volkswagen” şirkəti ən güclü hetçbek “Golf”-un ilk şəkillərini və onun barədə məlumatı yaydı. O ənənəvi olaraq “R” hərfi ilə nişanlanacaq. Frankfurtda keçiriləcək rəsmi təqdimatı gözləmədən istehsalçı əsas texniki məlumatı yaydı.

“VW Golf R” bamperlərin, yan ətəklərin, arxa diffuzorun, işıqdiodlu tündləşdirilmiş arxa fənərlərin və qazburaxma sisteminin 4 borucuğu sayəsində daha ciddi ban asması ilə fərqlənəcək. Kapotun altında 300 a.g. və 380 Nm fırlanma anı verən 4-silindirli, 2-litrlik turbo mühərrik yerləşdirilmişdir ki, o da sələfindən 30 a.g. və 30 Nm çoxdur. 230-güclü mühərriki olan yeni “Golf GTI” ilə müqayisədə “R” variantının güc qurğusu fərqli silindirlər bloku başlığına, porşnlərə, turboyükləyiciyə və buraxma qapaqlarına malikdir. Bundan əlavə asılqan “GTI”-dan 5 mm aşağıdır.

Yeni mühərriklə yanaşı, “Golf R” 5-ci nəsil “Haldex” muftasında istifadə etməklə tam ötürücü də əldə edib. 6-pilləli “mexanika” ilə birgə avtomobil 100 km/saata 5,1 saniyəyə, 6-pilləli robotlaşdırılmış “DSG”  qutusu ilə isə 4.9-saniyəyə sürətlənir. Maksimal sürət isə cihazda ənənəvi olaraq 250 km/saatda məhdudlaşıb. “Golf R” bu ilin artıq 4-cü rübündə Almaniyada satışa çıxarılacaq. Avtomobil 2 və 4 qapı ilə təklif olunacaq, qiymət isə 38325 avrodan başlayacaq.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Golf, Golf R 24.08.2013

Şərhlər


AD