Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Range Rover Evoque daha qənaətcil olacaq

Land Rover” şirkəti “Range Rover Evoque”-da ediləcək dəyişikliklər barədə məlumat yaydı. Modul ilinin dəyişilməsi ilə krossover ilin əvvəlində vəd edilmiş 9-pilləli “avtomat” sürət qutusu və təkmilləşdirilmiş tam ötürücü əldə edəcək.

“ZF” şirkəti tərəfindən istehsal olunan yeni sürət qutusunu benzin və hər iki növ dizel mühərriklərinə malik “Range Rover Evoque” üçün sifariş etmək olacaq. İstehsalçı bildirir ki, “avtomat” yanacağa kifayət qədər qənaət edəcək – orta hesabla yeni sürət qutusuna malik krossover “iştahını” 11.4% azaldacaq. Ən qənaətcil isə 150-güclü 2.2-litrlik dizel mühərrikinə malik “Evoque” olacaq. O indi 100 km məsafəyə 4.5 litr yanacaq sərf edəcək.

Yenilənmiş “Range Rover Evoque” indi yeni tam ötürücü sistemi “Active Driveline” ilə təchiz oluna bilər ki, onun da əsas tapşırığı qənaətcil olmaqdır. 35 km/saat sürətdən yuxarı bu cür krossover qabaq ötürücülü olur. Elektronika arxa təkərləri yalnız lazım olduqda qoşur, məsələn krossover dayanaqlığı itirmə təhlükəsi ilə üz-üzə gəldikdə. İstehsalçi bildirir ki, sistemə bu əməliyyatı yerinə yetirmək üçün cəmi 300 milli saniyə lazımdır.

Bundan əlavə, tam ötürücülü “Evoque” həm də “Active Torque Biasing” sistemi alacaq. Bu sistemin tərkibinə elektron idarəetməsi olan arxa differensial daxildir. Onun vəzifəsi arxa təkərlər arasında fırlanma anını bölüşməklə krossoverin yolda sabitliyini təmin etməkdir. Elektron köməkçilərin siyahısı da artıb. İndi bu siyahıya avtomatik parketmə və yol nişanlarını tanıma daxildir. Eksteryerin yenilənməsinə gəldikdə isə istehsalçı rəng qammasını çoxaltmış və yeni təkər diskləri əlavə etmişdir.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover Evoque 24.08.2013

Şərhlər


AD