Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Prior Design BMW M6 üçün asma hazırlayır

Seriyalı avtomobillərin kosmetik tüninqi ilə məşğul olan “Prior Design” şirkəti “BMW M6” üçün hazırlanan aerodinamik asmanın ilk təsvirlərini nəşr etdirib.

“PD6XX” tüninq paketi “yüklənmiş” avtomobilin xarici görünüşünü daha idmansayağı və eksklüziv, banı isə hava axınına qarşı daha dayanıqlı edəcək. Bütün bunları nəzərə alaraq bodi-kiti “BMW M6”-nın hər 3 variantı – kupe, kabriolet və 4-qapılı kupe – üçün sifariş etmək olacaq.

Alman tüninq-atelyesinin dizaynerləri üç hava çıxıntısı olan mürəkkəb görünüşlü yeni qabaq bamper də hazırlayıblar. Ətraflarda enliləşdirilmiş təkər arkaları, qabaq qanadlarda dönüşləri göstərən fərqli əlavələr və yan ətəklər peyda olub.

Böyük palçıq qoruyucusunun və arxa bamperdə 3-qabırğalı diffuzorun meydana gəlməsi ilə arxa hissə dəyişib. Bundan əlavə, avtomobili ventilyasiya olunan kapot və dam üzərində təknə ilə təchiz ediblər.

Şəkildə gördüyümüz sportkar “BMW M6” aşağı salınmış asılqana və eksklüziv dizaynlı böyük təkər disklərinə malikdir.

AUTO.AZ



teqlər:
BMW, BMW 6-series, M6, Prior Design 20.08.2013

Şərhlər


AD