Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

SR Auto Group-dan Mercedes-Benz E63 AMG

İdman asılqanı və “Brabus” şirkətinin təkər disklərindən istifadə edən və özünün eksklüziv layihələri ilə oxucularımızın yaxşı tanıdığı Kanada tüninq-atelyesi “SR Auto Group” biznes-klass sedanı “Mercedes-Benz E63 AMG”-ni restaylinqini təqdim etdi.

Bununla yanaşı, kanadalılar 4-qapılı və 5-yerli alman sedanını daha dəbli, parlaq və idmansayağı görünüşü üçün bəzi əlavələr də etdilər.

Ciddi alman dizaynını qoruyub saxlamaqla, bir qədər yenilənmiş bamperləri, yan ətəkləri və ensiz arxa spoyleri olan yeni bodi-kit lüks sedanına idman üslubu və zəriflik qatdı, onun banının aerodinamik xüsusiyyətlərini yaxşılaşdırdı.

Qara radiator barmaqlığı, baqaj qapağının üzərində “Mersedesin” qara 3-güşəli ulduzu və “Brabus” emblemi layihəyə bir qədər də fərdilik əlavə edəcək. Qara sedan “Mercedes E63 AMG” gümüşü-qara rəngli 20-düymlük “Brabus Monoblock Q” diskləri və qısaldılmış sərt “H&R” yayları üzərində hərəkət edir.

AUTO.AZ



Şərhlər


AD