Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Alpina dizel sedanını təqdim etdi

“Alpina” atelyesi “BMW 3” seriyasının dizel variantlarının təkmilləşdirilməsinə təxminən 10 ildir başlayıb. Almanların bu sahədə son nailiyyətləri “Alpina D3 Bi-Turbo” olacaq ki, onun mühərrikini 350 a.g.-ə qədər gücləndirəcəklər.

“Alpina D3 Bi-Turbo”-nun güc qurğusu üçün sedan “BMW 335d”-də quraşdırılan elə həmin dizeldən istifadə olunacaq. Bavariya variantında o 313 a.g. və 630 Nm fırlanma anı verir, “Alpina” atelyesində isə təkcə onun gücünü deyil, həm də dartma qüvvəsini də artırıblar – indi o 700 Nm-ə çatıb. Güman edilir ki, “D3 BiTurbo” yüzlüyə təxminən 4,5 saniyə sərf edəcək, bu isə donor sedanından 0,3 saniyə azdır.

Bildirilir ki, yeniliyin alıcıları həm arxa ötürücülü, həm də tam ötürücülü modifikasiyalar əldə edə biləcəklər. Bundan əlavə, ilkin məlumatlara görə, “Alpina”-da 3-cü seriya sedanının 4-silindirli dizel variantını da hazırlayacaqlar. O “BMW 325d”-nin baza variantında 218 a.g. və 450 Nm fırlanma anı verən 2-litrlik mühərrikini almalıdır.

“Alpina D3 B-Turbo”-nun necə görünəcəyi hələlik məlum deyil, lakin yəqin ki, o yaz mövsümündə Cenevrədə təqdim edilmiş benzin mühərrikli variantdan fərqlənməyəcək.

AUTO.AZ



teqlər:
BMW, BMW 3-Series, AlpinaD3, Alpina 15.08.2013

Şərhlər


AD