Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Renault yenilənmiş “Latitude”-u təqdim etdi

Böyük fransız sedanı “Latitude”-un eyni platformalı həmkarı “Samsung SM5”-in bu yaxınlarda yeniləndiyi üçün “Latitude”-un özünün yenilənməsi təcili baş verməli idi. “Renault”-dan olan sedan daha müasir xarici görünüş aldı və yeni mühərriklə təchiz oluna bilər.

Yenilənmiş “Renault Latitude”-u tanımaq çətin olmayacaq. Sedan xrom əlavələri olan yeni qabaq bamperlə, təkmilləşdirilmiş qabaq optika ilə, o cümlədən işıqdiodları və görünüşcə dəyişdirilmiş arxa fənərlərlə təchiz ediləcək. Yeni təkər diskləri və ban üçün fərqli rənglər də əldə etmək olacaq. Bundan əlavə, müasir ənənələrə uyğun olaraq “Latitude” bir qədər böyüdülmüş firma loqotipi də alıb.

İnteryerin nə dərəcədə dəyişiləcəyi barədə istehsalçı hələlik məlumat vermir. Lakin məlumdur ki, sedanı “R-Link” multimedia sistemi ilə təchiz etmək olacaq. Bundan əlavə “Latitude”-un salonu üçün yeni işləmələr təklif olunacaq.

Mühərrik qammasına gəldikdə isə o çox güman ki, dəyişilməyəcək. Rusiya bazarında “Renault Latitude” 139 və 177 a.g. olan atmosferli benzin mühərriklə təchiz edilir. Lakin, təsdiq edilməmiş məlumatlara görə istehsalçı sedanı 1,6-litr həcmdə 180 a.g. verəcək yeni turbo mühərriklə təchiz edə bilər.

AUTO.AZ



teqlər:
Renault, Renault Latitude 14.08.2013

Şərhlər


AD