Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Tesla Model S tam ötürücü əldə etdi

“Tesla” şirkəti öz modellərini tam ötürücü sistemi ilə təchiz etməyi planlaşdırır – artıq onun hazırlanması prosesi gedir. Lakin, gözləntilərin əksinə ilk model krossover “Model X” deyil, sedan “Model S” olacaq, həm də gələn il.

Bəzi məlumatlara görə, tam ötürücü sistemi “Model S” üçün seçim olacaqş Elektrik avtomobilləri istehsalçısı onu modelin ən təchiz edilmiş versiyası üçün təklif etməyi nəzərdə tutur. Yəqin ki, ən böyük tutumlu batareyası olan modifikasiya – 85 kilovatt/saat – nəzərdə tutulur, həm də belə sedanın qiyməti 87400 dollardan başlayır.

Tam ötürücünün implantasiyasından sonra “Tesla Model S”-in qiymətinin nə qədər artması dəqiqləşdirilmir. Lakin bəzi ekspertlər güman edirlər ki, tam ötürücülü sedan 100 km/saata sürətlənməyə təxminən 4 saniyə sərf edəcək. Bu eyni güc qurğusu, lakin bir oxa ötürücüsü olan versiyadan 0,3-0,4 saniyə tezdir.

Maraqlıdır ki, “Tesla”-da bu məlumatı hələ ki, təsdiqləmirlər. Bununla belə, bəzi nəşriyyatlar məlumat verirblər ki, “Model S”-in ən bahalı versiyasında tam ötürücünün meydana gəlməsi istehsalçı tərəfindən təcrübə proqramı kimi qiymətləndirilir.

Nəticədə “Tesla”-da elektrokarın daha əlverişli modifikasiyalarını hər iki oxa ötürücü ilə seçim kimi təchiz etməyi planlaşdırırlar. Tam ötürücülü “Model S”-i gələn ilin əvvəlində əldə etmək mümkün olacaq. Bir qədər sonra peyda olacaq, krossover “Model X”-i də həmçinin seçim kimi tam ötürücü ilə təchiz etmək mümkün olacaq.

AUTO.AZ



teqlər:
Tesla, Tesla Model S 13.08.2013

Şərhlər


AD