Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hennessey yüklənmiş SRT Viper-i təqdim etdi

“Hennessey Performance” Amerika tüninq atelyesi 2013-cü ilin seriya sportkarı “SRT Viper”-ə əsaslanan “yüklənmiş” idman kupesi “Venom 700R”-i təqdim etdi.

Texniki tüninqin paketi sayəsində güc qurğusunun məhsuldarlığı artıb və sürətlənmə dinamikası yaxşılaşdırılıb. Bundan başqa tünerlər yeni ban aksesuarlarının köməyi, təkərləri dəyişmək, interyerin bəzəyini  təzələmək və digər texniki düyünləri tamamlamaqla avtomobilin banını fərdiləşdirməyi təklif edirlər.

8,4 litrlik V10 mühərrikinin faydalı iş əmsalını artırmaq üçün “Hennessey” şirkətinin mexanikləri onu silindrlər blokunun başlığı, mükəmməlləşdirilmiş buraxılma sistemi, idman qazçıxma sistemi və К & N sıfır müqavimətli hava filtri ilə təchiz ediblər.

705 a.g. və 942 maksimal fırlanma anı belə tamamlanmanın nəticəsi oldu. Tüninq olunmuş avtomobil 96 km/saata sürətlənməyə 3,1 saniyə sərf edir. Onun maksimal hərəkət sürəti isə 348 km/saatdır. Daha çox güc əldə etmək istəyənlər yaxın vaxtlarda quraşdırılmanın ikinci mrəhələsini sifariş edə bilərlər. Bu mərhələ mühərrikin faydalı iş əmsalını inanılmaz 1000 a.g.-dək artırmağa imkan verir.

Superkar “Venom 700R”gücləndirilmiş mühərriklə birgə mühərrik bölməsini bəzəyən güc qurğusu qapağı, xüsusi xarici və daxili isimliklər, həmçinin Amerika tünerinin oturacaqların başaltılarına tikilmiş loqotipini əldə edib.

Avtomobilinin tüninqini davam etdirmək istəyənlər seçim kimi VenomAero yüngül karbon bodi-kitini əldə edə biləcəklər. Bodi-kitə qabaq splitter, arxa diffuzor və kiçik spoyler daxildir. Tənzimlənən koyloverlər, yeni təkərlər və interyerin karbon dekorativ elementləri də əlavə ödəməyə müştəri üçün əlverişlidir. Trek həvəskarkarı avtomobili başqa köndələn davamlılıq stabilizatorları, arxa differensial radiatoru, böyük odsöndürən və yarış zolaqları ilə təchiz edə bilərlər.

AUTO.AZ



teqlər:
Dodge, Dodge Viper, Viper SRT, Hennessey 08.08.2013

Şərhlər


AD