Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lamborghini ən sürətli Gallardo düzəltdi

“Lamborghini” şirkəti superkar “Gallardo”-nun modelin tarixindəki ən sürətli versiyasını təqdim etdi. Yenilik markanın bu yaxınlarda yaranan və italyan istehsalçısının bütün yarış fəaliyyəti ilə məşğul olan bölməsinin şərəfinə - Squadra Corse – adlandırılıb. Kupenin ictimai debütü Franfurtdakı sentyabr motorşousunda keçiriləcək.

Yenilik “Lamborghini Blancpain Super Trofeo” monoseriyasında iştirak edən yarış superkarı “Gallardo Super Trofeo”-nun əsasında yaradılacaq, lakin ümumi istifadə yollarında istifadə üçün təsdiq olunacaq. Avtomobilin quruluşunda karbon və alüminiumdan geniş istifadə sayəsində ekstremal superkarın kütləsini adi “Gallardo” ilə müqaysədə 70 kq azaltmaq mümkün olub – 1340 kq-a qədər.

Superkar “Gallardo”-nun yarış modifikasiyasında olan mühərriklə təchiz olunub. Kupenin 570 a.g. olan 5,2 itr həcmli onsilindrli mühərriki və altıpilləli robotlaşdırılmış e-gear sürət qutusu var. Yenilik “yüzü” 3,4 saniyəyə yığır (adi 560 a.g. olan “Gallardo” bunu 3,7 saniyəyə edir), 200 km/saata isə 10, 4 saniyəyə sürətlənir. Maksimal sürət – saatda 320 km-dir.

Bundan başqa, kupe karbon arxa palçıqqoruyucusu, mühərrik bölməsinin çıxarıla bilən qapağını, karbon-keramika əyləc mexanizmləri, salonun alkantara ilə bəzəyini və karbon lifindən gövdələri olan yarış “parçları” əldə etdi. Superkarı dörd rəngdən birində sifariş etmək olar – sarı, ağ, boz və ya qırmızı.

Yəqin ki, “Squadra Corse” “Lamborghini Gallardo”-nun 2014-cü ilə nəzərdə tutulmuş gələcək nəsil modelindən əvvəlki son xüsusi versiyası olacaq. Belə superkarın hazırkı V10 atmosferliyinin 560 a.g.-dən 610 a.g.-dək gücləndirilmiş modernləşdirilmiş versiyasını əldə edəcəyi gözlənilir. Mühərrik iki muftası olan yeddipilləli perselektiv sürət qutusu ilə birgə işləyə biləcək.

AUTO.AZ



teqlər:
Lamborghini, Lamborghini Gallardo 06.08.2013

Şərhlər


AD