Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Daimler-in rəhbəri Smart krossoveri haqqında danışdı

“Smart” şirkəti Frankfurtdakı sentyabr motorşousunda gələcək nəsil “ForTwo” və “ForFour” seriya modellərinin müjdəçisi olan iki konseptual avtomobil gətirəcək. Beləliklə, onlardan ikincisi markanın arxamühərrikli və arxa ötürücülü tərtib üsulu olan ilk yolsuzluq avtomobili üçün əsas olacaq. Bu barədə “Daimler” şirkətinin rəhbəri Diter Tsetşeyə istinadən Autocar xəbər verir.

Əvvəllər fərz edilirdi ki, “Smart” krossoveri arxa ötürücü platforma əldə edəcək, lakin Tsetşe bu məlumatı təkzib etdi. O, bildirdi ki, yolsuzluq avtomobili markanın fəlsəfəsini nəzərə almaqla düzələcək. Beləliklə, bu modelin tam ötürücülü modifikasiyasının peyda olması da istisna edilmir.

“ForFour” modeli “ForTwo” modelindən 820 mm uzun olacaq, onun qabarit uzunluğu və eni isə müvafiq olaraq, 3550 və 1701 mm-ə çatacaq. Bununla belə krossoverin yol işığı zolağını bir az artırıb, genişləndirilmiş yarımhalqaları olan plastik ban asması əlavə edəcəklər.

Əvvəlcə verilən məlumata görə, krossover 2011-ci ildə Frankfurt avtosalonunda debüt edən “Forvision” konseptinin üslubunda hazırlanacaq. Mühərrik qammasında “Mersedes” şirkətinin “Renault-Nissan” alyansı ilə birgə istehsal etdiyi 0,9 litr həcmli üçsilindrli mühərrik peyda olacaq. Aqreqat atmosferli variantda (təqribən 65 a.g.) və bir neçə turbin versiyasında (85 və 105 a.g.) əlverişli olacaq.

AUTO.AZ



teqlər:
Smart 06.08.2013

Şərhlər


AD