Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yüklənmiş Nissan GT-R fizika qanunlarını pozacaq

Nissan” şirkətinin yapon tüninq-bölməsinin və “Formula-1” Williams komandasının birgə işlərinin nəticəsi rekord superkarı “Nissan GT-R” olmalıdır. Tamamlanmış kupenin hətta “Bugatti Veyron”-nu da ötüb keçəcəyi söz verilir. 1200 a.g. verən mühərriklə komplektləşdirilən “Veyron” 100 km/saata sürətlənməyə cəmi 2,5 saniyə sərf edir.

Lakin, Williams təmsilçilərinin verdikləri məlumata görə, modernləşdirilmiş “Nissan GT-R” bunu yarım saniyə tez edəcək. Avropanın bəzi KİV-i belə bir nəticə göstərməyin mümkünlüyünə şübhə edirlər (Amerikada düz yolla hərəkət etmək üçün hazırlanmış avtomobillər daha tez sürət yığır, lakin bu xüsusi şinlərin və asfaltın üstünə çəkilmiş xüsusi yapışqanın hesabına baş verir), lakin Williams-da yapon superkarının böyük potensialına əmindirlər.

Naməlum qalmaq istəyən Williams mühəndisi Auto Express portalına bildirib: “Hətta “Nissan GT-R” kimi mükəmməl superkarın da tamamlanması üçün nə qədər imkanların olduğunu bilsəniz çox təəccüblənərsiz”. Güc qurğusunun və transmissiyanın modernləşdirilməsinin nədən ibarət olduğu hələlik məlum deyil, lakin Williams və Nismo birliyi artıq bildirib ki, onların “GT-R”-nin gücü 570 a.g.-nü keçəcək.

Bundan başqa, əvvəl verilən məlumata görə, “Nissan GT-R” mühəndislərin əməkdaşlığı sayəsində daha yüngül ban əldə edə bilər: Nismo-da Williams-ın aerodinamika və çox yüngül materiallardan istifadə sahəsində olan təcrübəsinə arxayındırlar. “Nissan GT-R”-in rekorda nə vaxt gedəcəyi məlum deyil, lakin böyük ehtimalla tamamlanmış avtomobilin təqdimat mərasimi Tokio avtosalonunda keçiriləcək.

AUTO.AZ



teqlər:
Nissan, Nissan GTR, Nismo 02.08.2013

Şərhlər


AD