Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus GX yolsuzluq avtomobilini krossoverə dəyişdilər

2014-cü ildə "Lexus" şirkəti “GX” yolsuzluq avtomobilinin restaylinqini keçirəcək, iki ildən sonra isə onu “TX” indeksli yeni model əvəz edəcək. Bu barədə Automotive News xəbər verir.

Məlumdur ki, "Lexus" yeniliyin adını rəsmən qeydiyyatdan keçirib. Verilən məlumata görə, yeni modelə görə, yaponlar daşıyıcı ban üçün çərçivə konstruksiyasından imtina etdilər. Lakin yeni "Lexus TX"-in hansı platformanı əldə edəcəyi barədə məlumat verilmir. Hal-hazırda iki variant gözdən keçirilir: RX-Avalon-dan qabaq ötürücülü ve IS/GS-dən arxa ötürücülü platforma.

Bundan başqa, "Lexus" şirkəti "Toyota RAV4"-ün platformasında yeni kompakt krossover də buraxacaq. Bu krossover "Audi Q3" ve "BMW X1"-nin rəqibi olacaq.

Yenilik "Lexus NX" adını əldə edəcək ve 2,0-litrlik benzin turbomühərriki və hibrid güc qurğusu ilə təklif olunacaq. Benzinlə işləyən modifikasiyanın buraxılması 2014-cü ilin payızına planlaşdırılıb. Hibridin peyda olması isə 2015-ci ildən əvvəl gözlənilmir.

AUTO.AZ



teqlər:
Lexus, Lexus GX 02.08.2013

Şərhlər


AD