Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Alfa Romeo yeni sportkarın adını açıqladı

Məlumdur ki, italyan markasının yeni avtomobili yapon rodsteri “Mazda MX-5”-in yaxın qohumu olacaq. Lakin rəsmən “Alfa Romeo” yeniliyi özünün demək olar ki, 30 il ərzində buraxdığı klassik modelinin varisi kimi pozisiyalaşdırır.

“Spider” adını 1966-cı ildə peyda olan və 1993-cü ildə model sırasından çıxan (bu vaxt ərzində dörd nəsil dəyişıb) kompakt italyan rodsteri daşıyıb. Avtomobil heç vaxt güclü mühərriklərlə komplektləşməyib (1969-cu ildə buraxılan 132 a.g. olan Veloce versiyası hələlik ən güclü versiyadır ), lakin quruluşunun sadəliyinə, ucuz qiymətinə və yadda qalan dizaynına görə məşhur olub.

Bu günlərdə Autocar jurnalı öz oxucularına italyanların “Mazda” ilə birgə hazırladıqları yeni “Alfa Romeo” modelinin “Spider” adı alacağı barədə məlumat verdi. “İtalyanka” bacısı ilə bir konveyerdə - yəni Xirosimada “Mazda” zavodunda buraxılacaq.

Britaniya jurnalistləri iddia edirlər ki, yeni “Spider”-in dizaynı üzrə son təkliflər hazırdır və Fiat konserninin rəhbərliyinin təsdiqini gözləyir. Layihəyə bilavasitə “Alfa Romeo” və “Maserati”-nin baş dizayneri Marko Tenkoni rəhbərlik edir. O, son vaxtların ən məşhur italyan yeniliklərinin müəllifi hesab olunur: kompakt sportkar “Alfa Romeo 4С”-dən “Maserati Ghibli” və “Quattroporte” kimi nüfuzlu sedanlara qədər.

Klassik “Spider”-i həm də konservativ dizayna görə xoşlayırdılar: doxsanıncı illərin ortalarında da model altmışıncı ilin avtomobili kimi görünürdü. Autocar-ın “Alfa Romeo”-dakı mənbəyi iddia edir ki, yeni “Spider”-in xarici görünüşünü keçmişə baxmadan düzəldiblər: ”Avtomobil müasir olmalıdır, 4С və markanın başqa modellərinin fonunda əcaib görünməməlidir”.

Autocar jurnalistləri  həmçinin bildirirlər ki, avtomobil təxminən 1100 kiloqramm gələcək (indiki nəsil MX-5-in çəkisi – 1200 kq-dır) və 168 a.g. verən 1,4 litr həcmli MultiAir seriyalı turbomühərriklə komplektləşdiriləcək – “MiTo” və “Giulietta” hetçbeklərinin kapotunun altında bu mühərrikdən görmək olar.

AUTO.AZ



teqlər:
Alfa Romeo, Alfa Romeo Spider 30.07.2013

Şərhlər


AD