Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Citroen büdcəyə uyğun sedanını avtomobil yürüşlərinin ulduzu edəcək

Fransız markası gələn il keçiriləcək minik avtomobillərinin yarışı üzrə dünya çempionatında – WTCC-də debüt edəcək. “Citroen” yeni avtomobili sentyabr ayında Frankfurtda keçiriləcək avtosalonda nümayiş etdirməyə hazırlaşır. Lakin bu ekspertlərin və azarkeşlərin çoxunun fikirləşdiyi “DS3” modeli olmayacaq.

“Citroen”-nin yürüş bölməsinin son illər əsas hədəfi ralli üzrə dünya çempionatı idi. Zavodun pilotlar komandası (planetin ən yaxşı ralli pilotu Sebastyan Lebin simasında) “Citroen DS3”-ün sükanı arxasında az qələbə qazanmayıblar. “WTCC”-də iştirak edəcəyi barədə şirkət məlumat verdikdə (və rallidə karyerasını sona çatdırmış Lebin onun pilotlarında biri olacağı barədə) azarkeşlərin bir çoxu hesab etdilər ki, dairəvi yollarda da markanın şərəfini məhz “DS3” qoruyacaq.

Azarkeşlər elə də çox yanılmayıblar. Məsələn, yeni bolidin mühərriki (380 a.g. və 400 Nm fırlanma anı verən 1.6-litrlik turbo mühərriki və 6-pilləli sekvental sürət qutusu) elə “DS3”-dən götürülüb. Lakin o büdcəyə uyğun “C-Elysee” sedanının banına quraşdırılacaq.

“Citroen”-in rəhbəri Frederik Banze şirkətin nəyə görə məhz bu modelin üzərində dayandığı barədə məlumat verib. “C-Elysee” əsasən inkişaf edən ölkələr üçün nəzərdə tutulub – WTCC-nin təqvimində isə yürüşlər Latın Amerikasında, Mərakeşdə, Çində və Rusiyada keçiriləcək. Növbəti mövsümü isə turnir iştirakçıları aprelin 13-də açacaqlar.

AUTO.AZ



teqlər:
Citroen, Citroen C-Elysee 26.07.2013

Şərhlər


AD