Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kia şirkəti Sportage-i yenilədi

“Kia” şirkətinin Koreya ofisi yenilənmiş krossover  “Sportage”-in şəkillərini dərc etdi. Avtomobil istehsalçısı üçün doğma olan bazarda model R əlavəsi də daşıyır.

Restaylınq olunmuş krossoverin banının qabaq hissəsinin tərtibatı dəyişib. Əsasən, “Sportage”-də başqa radiator barmaqlığı, dəyişdirilmiş duman əleyhinə fənərlər və bir az dəyişilmiş qabaq optika peyda olub.

Arxadan “Sportage”-in işıqdiodlu bölmələri olan başqa fənərləri meydana  gəlib. Bamperin, yük yerinin qapağının və “dumanəleyhinə” fənərlərin forması dəyişilməyib. Modelin profilində də heç bir dəyişiklik yoxdur.

Krossoverin interyerində bir dəyişiklik baş verib: model spidometrin mərkəzi möveyindən məhrum olmuş yeni cihaz paneli əldə edib. “Sportage”-in yenilənmiş versiyasının qiymətləri “Kia” üçün doğma bazarda 20 mln 500 min vondan (18 min 300 dollardan bir az çox) başlanır. Modelin başqa bazarlara nə vaxt çatacağı – dəqiqləşdirilmir.

AUTO.AZ



teqlər:
KIA, KIA Sportage 25.07.2013

Şərhlər


AD