Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Almanlar trek sportkarı düzəltdilər

“BMW” sportkarlarının tüninqi üzrə ən nüfuzlu mütəxəssislərdən biri olan “G-Power” alman atelyesi növbəti ekstremal “M3”-ü düzəltdi. Mühərriklə aparılan ciddi iş və avtomobilin çəkisini azaltmaq üçün aparılan tədbir proqramı sayəsində “M3 GT2 R” adlı avtomobil 100 km sürətlənməyə cəmi 3,7 saniyə sərf edir.

“G-Power”-in yeni işi hələ 2010-cu ildə təqdim olunmuş “M3 GT2 R” layihəsinin sonrakı inkişafını təşkil edir. Onda “M3”-ün dördlitrlik mühərriki 600 a.g. verirdi, indi isə sportkarın arsenalında – tam 720 a.g. və 700 Nm fırlanma anı var.

Belə ciddi artıma nail olmaq üçün tünerlər  mükəmməlləşdirilmiş SK III Sporty Drive ötürücü sistemini tətbiq etdilər, dirsəkli valı modifikasiya etdilər, mühərrikin həcmini 4-dən 4,6-litrə qədər artırdılar.

Bundan başqa, soyutma sistemi də ciddi tamamlanıb, standart buraxılış sisteminin yerinə mühərrikə külli miqdarda hava təmin edən sistem quraşdırılıb, qazçıxma sisteminin detalları titanla əvəz olunub. “G-Power” mütəxəssisləri “BMW M3”-ü əsaslı surətdə arıqlamağa məcbur etdilər. Sportkar arxa divandan məhrum edildi və karbon aerodinamik asma əldə etdi.

Qanadlar və kapot kömür plastik kütləsindən hazırlanıb, oturacaqlar idman oturacaqları ilə dəyişdirilib. Onların hər biri 12 kq-dır. İndi “M3 GT2 R”-in çəkisi 1,5 tondur və 300 km/saata 9,5 saniyəyə sürətlənir. Onun maksimal sürəti 330 km/saatdır.

Effektiv tormozlama təmin etmək üçün tünerlər əyləc mexanizmlərini 396-mm-lik diskləri və 6-porşenli supportları olan daha güclüləri ilə əvəz etdilər. Onlar qabaqdan 245/30 və arxadan 315/25 ölçülü Michelin Pilot Cup şinləri olan 20-düymlük təkər disklərinin arxasında gizləniblər.

Maraqlıdır ki, bütün  dəyərlərinə baxmayaraq “G-Power M3 GT2 R” ümumi istifadə yollarında istifadə olunmaq üçün təsdiq edilib. Düzdür, belə sportkarla gəzmək – bahalı ləzzətdir: tünerlər öz işlərini 195 310 avro qiymətləndiriblər.

AUTO.AZ



teqlər:
BMW, BMW 3-Series, M3, G-Power 25.07.2013

Şərhlər


AD